30 milyona alınmış Jelson Martins 3 milyona satıldı

Futbol üzrə Portuqaliya milli komandasının sağ cinah vingeri Jelson Martins Fransanın “Monako” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu bundan sonra karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirəcək.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Liqa 1 təmsilçisi təcrübəli oyunçunu Yunanıstanın ən titullu klubuna cəmi 3 milyon avroya satıb. Halbuki, Fransa klubu onu 2019-cu ildə Madrid “Atletiko”sundan 30 milyon avroya almışdı.

Portuqal futbolçu “Olimpiakos”la müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Jelson Martins “Monako”da 129 oyun keçirib. O, bu oyunlarda 16 qol vurub, 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli vinger Frnsa klubundan öncə Madrid “Atletiko”sunda, eləcə də Lissabon “Sportinq”ində forma geyinib. O, 2016-cı ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasında da 21 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: