Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Renn” – PSJ matçında qalib müəyyənləşməyib. Beləcə, son çempion PSJ yeni mövsümə xal itkisi ilə başlayıb.
“Lill” səfərdə “Anje”yə qalib gəlibsə, “Monako” da “Havr”la oyunda üstün tərəf olub.
Fransa, Liqa 1
1-ci tur
21 avqust
Olimpik (Marsel) – Strasburq 4:0
22 avqust
Lans – Oser 5:2
Leman – Brest 2:2
Nitsa – Loryan 0:0
Tuluza – Olimpik (Lion) 0:2
Trua – Paris 0:0
23 avqust
Anje – Lill 0:2
Havr – Monako 0:1
Renn – PSJ 2:2


