Karlo Ançelotti: “Malyorka” ilə oyunda təravətli deyildik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 19-cu turunda “qaymaqlılar”ın “Malyorka” üzərində çətin qələbəsini (1:0) şərh edib.

Arena.az xatırladır ki, Madrid klubunun qələbə qolunu oyunun 78-ci dəqiqəsində xorvat yarımmüdafiəçi Luka Modriçin künc zərbəsindən ötürməsi ilə almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger başla vurub.

“Biz standart vəziyyətlərdən çoxlu qollar vurmuşuq. Bunun üzərində çox çalışırıq. Əla oyunçularımız var. Ən yaxşı səviyyədə oynamadıq. Biz təravətli deyildik, qərarlarımızda dəqiq deyildik. “Atletiko” ilə oyundan sonra müdafiə üzərində əla çalışmışıq.

Cud Bellingem? Onun qol vurmamasına təəccüblənməyin. Bu, onun işi deyil.

Lunin yoxsa Kepa? Bilmirəm, görək nə olacaq. Oyunlarda qapıçıya mütləq ehtiyacımız olacaq. Kepa növbəti oyunda oynayacaq”, – italyan mütəxəssis Ançelotti oyunsonrası mətbuat konfransında bildirib.

La Liqanın birinci dövrəsindən, 19 turdan sonra “Rela” 48 xalla turnir cədvəlində “Jirona” ilə şərikli liderdir. “Kral klubu” eyni miqdarda xal toplamış Kataloniya təmsilçisini daha yaxşı top fərqinə görə qabaqlayır. “Malyorka” isə 18 xalla 14-cü pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: