Paskuale Mazzokki “Napoli”də – Rəsmi

Futbol üzrə İtaliya millisinin və “Salernitana”nın sağ cinah müdafiəçisi Paskuale Mazzokki bundan sonra “Napoli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.

Son İtaliya çempionu 28 yaşlı futbolçunu 3 milyon avro qarşılığında heyətinə qatıb. Onunla 3,5+1 illik müqavilə imzalanıb. Bir sözlə, Mazzokki ən azı 2027-ci ilin 30 iyununa kimi “Napoli”nin uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Paskuale Mazzokki 2022-ci ilin yanvar ayından “Salernitana”da çıxış edirdi. O, bu komandada 61 oyuna çıxıb, 2 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.

İtalyan futbolçu daha öncə “Parma”, “Peruca”, “Venetsiya”, “Rimini”, “Bellariya”, “Verona”, “Pyaçentsa” kimi klublarda da forma geyinib. Mazzokki 2022-ci ilin sentyabr ayında İtaliya milli komandasında da 1 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: