“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 19-cu turunda “Salernitana” üzərində çətin səfər qələbəsini (2:1) şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz realist olmalıyıq. “İnter” əla mövsüm keçirir. “Salernitana” üzərində qələbə 5-ci yeri tutan komandanı kənarda saxlamaq üçün vacib idi. 15 xal fərqi 5 qələbə deməkdir ki, bu da vacibdir.
Hazırda fiziki cəhətdən yaxşı vəziyyətdəyik, çətin vəziyyətlərdə daha sakitcə fəaliyyət göstəririk. Biriinci hissəni yaxşı keçirdik. “Salernitana” yaxşı müdafiə olunurdu. Ümumilikdə oyunun gedişində 0:1 hesabı ilə geridə olsaq da, yaxşı oyun göstərdik.
Amma mənim xoşuma gəlməyən və uşaqlar da bu barədə bilirlər ki, biz “Frozinone” ilə oyunda da eynilə qol buraxdıq. İtaliya Kubokunda isə oyunun başlamasından 40 saniyə sonra qol buraxdıq. Bunlar pis siqnallardır. Belə bir hiss var ki, rəqib hər dəfə topu cərimə meydançasına atanda qol buraxmaq riskimiz var. Əvvəlki kimi özümüzə arxayın deyilik. Bunun üzərində sakitcə işləmək lazımdır ki, yox yerdən qol buraxmaq riski olmasın”, deyə Alleqri bildirib.
Qələbə sayəsində “Yuventus” 46 xalla 2-ci pillədə yerini möhkəmlədib və 48 xalla turnir cədvəlinə başçılaq edən “İnter”i təqib etməkdə davam edir.


