Dieqo Simeone “Real”a məğlubiyyətə aydınlıq gətirdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya Super Kubokunun yarımfinalı çərçivəsində “Real”a məğlubiyyətini (3:5) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyunçularıma dedim ki, əla oyun keçirdilər. Biz çox yaxın idik və bu gün baş verən hallardan dərs almalıyıq. Uşaqlarla bu oyun haqqında daha ətraflı danışacağıq. Mən həmişə düşünürəm ki, oyundakı bütün müsbət məqamları dəyərləndirmək lazımdır. Hücum oyunumuzda belələri çoxdur.

Biz nə üçün çox qol buraxdıq? Məşqçi qaydasınca işləmir. Komanda zəif müdafiə olunursa, bu, məşqçinin pis işidir.

Cümə axşamı yenidən “Real”la oynayacağıq. Amma futbolda qisas yoxdur, sadəcə, bu günkündən fərqli olacaq yeni ələmə oyunu var.
Düşünürəm ki, çox yaxşı enerjimiz vardı, yaxşı yarışdıq. İştirak etməli olanlar bütün bacardıqlarını verdilər və aydındır ki, yaxşılaşdırılması mümkün olan məqamlar var”, deyə Dieqo Simeone bildirib.

Xatırladaq ki, “Atletiko” İspaniya Kral Kubokunun 1/8 finalı çərçivəsində yanvarın 19-da yenidən “Real”la üz-üzə gələcək. “Metropolitano”da baş tutacaq oyun Bakı vaxtı ilə 00:30-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: