“Salernitana”nın prezidenti: “İtaliya futbolu xəstədir”

“Salernitana”nın prezidenti Danilo İervolino A Seriyasında “Napoli” ilə oyunda baş hakim Livio Marinellinin işini tənqid edib.

Arena.az “La Gazzetta dello Sport” dərgisisnə istinadən, Ervolinonun bu barədə fikirlərini təqdim edir:

“Biz moratorium və bütün bu hakimləri tamamilə əvəz etmək istəyirik. İndi yüksək səslə baş səlahiyyətli Canluka Rokkinin istefasını tələb etmək zərurəti yaranıb. Balıq başdan iylənir.

“Napoli” ilə oyundakı qalmaqallı və təhqiramiz hakimliyi təsvir etməyə sözüm yoxdur, bu, klubumuz üçün alçaldıcıdır. Nvankvo üzərində penalti vardı, Demme isə “Napoli”nin qolu ərəfəsində Çaunaya qarşı qaydanı pozmuşdu. Bunlar inanılmaz xətalardır.

Biz A Seriyasında qalmaq üçün mübarizə aparan və yarıpeşəkar hakimlərin gülünc xətaları hüdudunda olan özümüzə və bütün digər komandalara nəinki hörmət, həmçinin ədalət istəyirik. Onlar mütəxəssis sənayesində yeganə yarıpeşəkarlar deyillər.

Bizə oyunları idarə edə biləcək peşəkar hakimlər lazımdır. Hakimlərin münasibəti pisdir. Sonra isə, əgər bu haqda danışsan, növbəti oyunda qisasçı olurlar. Tarix bu məmurları İtaliya futbolunun ən pisləri kimi xatırlayacaq.

Əminəm ki, İtaliya Hakimlər Assosiasiyası bu oyunda hakimliyin qüsursuz olduğunu bildirən iddia ilə tezliklə bəyanat verəcək. Biz bütün ömrümüz boyu Livio Marinellini xatırlayacağıq. Hətta üzr istəmək üçün bizə zəng edən də yoxdur.

Bu sənaye, İtaliya futbolunu qərəzsizlik və etibarlılıq baxımından sonuncu yerdə tutan hakimlikdən əziyyət çəkir. Bizə hakimlər artıq gərək artıq. Biz zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməyi düşünürük.

Liqa bizi başqa turnirdə oynamağa çağırsa, mən bunu ciddi düşünəcəyəm, çünki bu futbol xəstədir”, deyə “Salernitana”nın prezidenti sərt şəkildə çıxış edib.

Xatırladaq ki, “Salernitana” İtaliya A Seriyasının 20-ci turunda səfərdə “Napoli”yə 1:2 hesabıyla uduzub. “Salernitana”nın 29-cu dəqiqədə vurduğu qola “Napoli” oyunun hər hissəsinə əlavə edilmiş təzminat dəqiqələrində (45+4, 90+6) qələbə qolu penaltidən olmaqla cavab verib. Hər iki qol məqamında mübahisəli oyun anları yaşanıb.

Hazırda “Napoli” A Seriyasının turnir cədvəlində 31 xalla 7-ci, “Salernitana” isə 12 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb. Çempionata 51 xalla “İnter” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: