Azərbaycan millisi 2024-cü ilin ilk toplanışına Zaqrebdə başladı

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi bu gündən etibarən növbəti, 2024-cü ildə isə ilk təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yığmamız ötən il olduğu kimi, bu il də Xorvatiyanın Poreç şəhərində bir neçə komandanın iştirakıyla keçirilən toplanışda iştirak edir.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında baş tutan hazırlıq prosesinə 12 güləşçimiz cəlb olunub. Azərbaycan millisi təlim-məşq toplanışına bu heyətlə qoşulub:

Eldəniz Əzizli (55 kq)
Nihat Məmmədli (60 kq)
Murad Məmmədov (63 kq)
Həsrət Cəfərov (67 kq)
Ülvü Qənizadə (72 kq)
Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq)
İslam Abbasov (87 kq)
Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq)
Beka Kandelaki və Sabah Şəriəti (130 kq)

Yanvarın 28-nə qədər davam edəcək birgə məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq.

Təlim-məşq toplanışı qarşıdan gələn Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: