Simone İnzaqi: “Super Kuboku qazanmaq mövsümün ilk hədəfidir”

“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin 2024-cü il İtaliya Super Kubokundakı iddialarından danışıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Super Kubok mövsümün ilk hədəfidir. “İnter” son iki ildə qalib gəlib. Bu kuboku yenidən qazanmaq istəyirik. Biz əlimizdən gələni edəcəyik.

İndi komandanın bütün fikirləri yalnız “Latsio” ilə oyuna cəmlənib. Mən sakitəm, “İnter”in “Latsio”, “Napoli” və “Fiorentina”nın olduğu kimi iddiaları var. Sabah son beş oyunda məğlub olmayan komanda ilə qarşılaşacağıq. Belə silsilələri qırmaq həmişə çətindir”, deyə Simone İnzaqi vurğulayıb.

Xatırladaq ki, İtaliya Super Kubokunun yarımfinalında “İnter” “Latsio” ilə qarşılaşacaq. Cümə günü, yanvarın 19-da keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: