Ançelotti “Real”ın ünvana tənqidlərlə razılaşmır

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının çıxışından razıdır və “qaymaqlılar”ın tənqidlərə hədəf olmasını qəbul etmir.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, İspaniya Kral Kubokunun yarımfinalında Madrid “Atletiko”suna məğlubiyyətdən sonra “Real”ın ünvanına gələn tənqidlərə italyan mütəxəssisin cavabını təqdim edir:

“Mən bu tənqidlə razı deyiləm. Paltardəyişmə otağında baş verənləri müşahidə edirəm və izləyirəm. Biz yaxşı hərəkilik nümayiş etdirməyə və köklənməyə davam edirik. Komanda çox yaxşı çıxış edir və futbol oynayır. Ayrıca oyunlar istisna olmaqla, bütün oyunlarımız yüksək səviyyədə keçir”, deyə Ançelotti əminliklə vurğulayıb.

Xatırladaq ki, “Real” İspaniya Super Kubokunun yarımfinalında “Atletiko”nu əlavə vaxtda 5:3 hesabı ilə məğlub edib. İspaniya Kral Kubok çərçivəsində keçirilmiş oyunda isə “Atletiko” əlavə vaxtda 4:2 hesablı qələbə qazanaraq, “kral klubu”nu mübarizədən kənarlaşdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: