Ayub Masika “Səbail”də – Rəsmi

Futbol üzrə Keniya milli komandasının yarımmüdafiəçisi Ayub Masika bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” qış transfer dönəmində növbəti futbolçunun keçidini reallaşdırıb. Sözügedən klub Madi Ketanın ardından keniyalı futbolçu Ayub Masikanı da mövsümün sonuna qədər heyətinə qatıb. 31 yaşlı futbolçu ilə yarım illik müqavilə imzlanıb.

Son olaraq, Çinin 2-ci liqa klubu “Nanjinq Siti”də çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Genk”, “Lyers”, “Beinjing Renhe”, “Ridinq”, “Vissel Kobe”, “Buriram Yunayted” klublarının şərəfini qoruyub. Keniya millisinin üzvü olan Ayub Masika yığma komandanın heyətində meydana çıxdığı 28 qarşılaşmada 4 qola imza atıb.

Xatırladaq ki, “Səbail” bundan öncə Madi Ketanı heyətinə qatmış və Amil Yunanovu “Kəpəz”ə icarəyə vermişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: