Messi avtomobil tıxacında pərəstişkarı üçün köynəyini imzaladı

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi avtomobil tıxacında ikən pərəstişkarına sevinc dolu anlar bəxş edib.

Arena.az məlumat verir ki, “Leo” tıxacda olan avtomobilini idarə etməsinə rəğmən, yoda rast gəldiyi pərəstikarının xahişini yerə salmayıb.

O, Argentina millisinin köynəyini həmin azarkeş üçün imzalayıb.

Videoda azarkeşin necə davrandığı görünür. Pərəstişkarı avtomobilində “Leo”nun avtomobilinə yetişərək, xahişini ulduz futbolçuya ünvanlayıb. Azarkeş öz avtomobilinin pəncərəsindən Argentina millisinin köynəyini və markeri Messinin avtomobilinin içərisinə atıb. Öz növbəsində Messi yol hərəkəti bərpa olmazdan öncə tez köynəyi imzalayıb və azarkeşə qaytarıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: