Afrika Millətlər Kuboku: 1/4 final cütləri bəlli oldu

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.

Arena.az məlumat verir ki, yanvarın 30-da 1/8 final mərhələsinin növbəti və son iki oyunu baş tutub.

Əvvəlcə, Mali və Burkina Faso yığmaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı bu oyunda sevinən tərəf Mali yığması olub.

1/8 final mərhələsinin sonuncu qarşılaşması Mərakeş və Cənubi Afrika yığmaları arasında baş tutub. Bu oyunda cənubiafrikalılar inamlı qələbəyə sevinməklə mərhələ adlayıblar. Mərakeş yığması isə mübarizəni dayandırıb.

Afrika Millətlər Kuboku
1/8 final
27 yanvar

Anqola – Namibiya 3:0
Qollar: Jelson Dala, 38; 42. Mabululu, 66.

Nigeriya – Kamerun 2:0
Qollar: Lukman, 36; 90.

28 yanvar

Ekvatorial Qvineya – Qvineya 0:1
Qol: Bayo, 90+8.

Misir – Konqo DR 1:1 (penaltilər 7:8)
Qollar: M.Məhəmməd, 45+1-pen – Elia, 37.

29 yanvar

Kabo Verde – Mavritaniya 1:0
Qol: R.Mendes, 88-pen.

Seneqal – Kot-d’İvuar 1:1 (penaltilər 4:5)
Qollar: Diallo, 4 – Kessye, 86-pen.

30 yanvar

Mali – Burkina Faso 2:1
Qollar: Tapsoba, 3-öz qapısına. Sinayoko, 47 – Traore, 57-pen.

Mərakeş – Cənubi Afrika 0:2
Qollar: Makqopa, 57. Mokoena, 90+5.

Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq. 2-3 fevralda baş tutacaq 1/4 finalda bu komandalar üz-üzə gələcəklər:

1/4 final
2 fevral

21:00. Nigeriya – Anqola
00:00. Konqo DR – Qvineya

3 fevral

21:00. Mali – Kot-d’İvuar
00:00. Kabo Verde – Cənubi Afrika

Xəbəri sosial şəbəkələrdə paylaş: