Liqa 1: PSJ “Strasburq”u səfərdə məğlub etdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Strasburq” doğma meydanda son çempion və indiki lider PSJ ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu matç Paris təmsilçisinin qələbəsiylə yekunlaşıb.

20-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
20-ci tur
2 fevral

Strasburq – PSJ 1:2
Qollar: Bakva, 68 – Mbappe, 31. Asensio, 49.

3 fevral

20:00. Renn – Monpelye
00:00. Nant – Lans

4 fevral

16:00. Monako – Havr
18:00. Lill – Klermon
18:00. Mets – Loryan
18:00. Reyms – Tuluza
20:05. Brest – Nitsa
23:45. Olimpik (Lion) – Olimpik (Marsel)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: