Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “Real”ın prezidenti Florentino Peres haqda fikirlərini paylaşıb.
Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, argentinalı mütəxəssis Peres haqda yüksək fikirdədir:
“Real”ın komandanı çox yaxşı idarə edən əla məşqçisi var. Onların həmçinin çox güclü prezidenti var. Florentino dünyanın ən yaxşı klubu olan klubu əla idarə edir.
Mən, “Real”da oynayan oyunçulardan tələb etməyə davam etdiyinə görə ona heyranam. Bu klubun futbolçuları gedirlər – Ronaldo, Ramos, amma nümunəvi idarə edildiyi üçün klub qalır”, deyə Dieqo Simeone bildirib.
Xatırladaq ki, La Liqanın 23-cü turu çərçivəsində “Atletiko” “Santyaqo Bernabeu”da “Real”ın qonağı olacaq. Oyun Bakı vaxtı ilə fevralın 5-i saat 00:00-da başlayacaq.
Birinci dövrədə “Atletiko” “Real”ı 3:1 hesabı il məğlub edib. Bu cari mövsümdə La Liqada “Real”ın yeganə məğlubiyyətidir.
Hazırda “Real” 57 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. “Atletiko” isə 47 xalla 3-cü pillədə qərarlaşıb.


