Liqa 1: “Monpelye” “Renn”ə, “Nant” “Lans”a uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Renn” – “Monpelye” matçında meydan sahibləri çətin qələbəyə seviniblər.

“Nant” isə doğma meydanda “Lans”a uduzub.

20-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
20-ci tur
2 fevral

Strasburq – PSJ 1:2
Qollar: Bakva, 68 – Mbappe, 31. Asensio, 49.

3 fevral

Renn – Monpelye 2:1
Qollar: Terrye, 3. Kalimuendo, 48-pen – Savanye, 73.

Nant – Lans 0:1
Qol: D.Kosta, 48.

4 fevral

16:00. Monako – Havr
18:00. Lill – Klermon
18:00. Mets – Loryan
18:00. Reyms – Tuluza
20:05. Brest – Nitsa
23:45. Olimpik (Lion) – Olimpik (Marsel)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: