Liqa 1: “Olimpik”lərin duelində lionlular sevindilər

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Brest” – “Nitsa” matçında qapılara qol vurulmayıb. “Monako” – “Havr” görüşündə də komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Mets” evdə “Loryan”a, “Reyms” isə “Tuluza”ya məğlub olub.

“Lill” doğma meydanda “Klermon”a 4 cavabsız qolla qalib gəlib. Lion “Olimpik”i isə Marsel “Olimpik”i ilə ev oyununda 3 xalı tək qolla qazanıb.

Beləliklə, 20 turdan sonra 47 xala malik PSJ vahid liderdir. “Nitsa” 39 xalla ikinci, “Brest” 36 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” və “Monako” 35, “Lans” 32, “Reyms” 30, Marsel “Olimpik”i 29, “Renn” 28, “Strasburq” 25, “Havr” 24, “Tuluza” 20, “Monpelye”, “Nant” və Lion “Olimpik”i 19, “Mets” və “Loryan” 16, “Klermon” isə 15 xal toplayıb.

Fransa, Liqa 1
20-ci tur
2 fevral

Strasburq – PSJ 1:2
Qollar: Bakva, 68 – Mbappe, 31. Asensio, 49.

3 fevral

Renn – Monpelye 2:1
Qollar: Terrye, 3. Kalimuendo, 48-pen – Savanye, 73.

Nant – Lans 0:1
Qol: D.Kosta, 48.

4 fevral

Monako – Havr 1:1
Qollar: Ben Yedder, 63 – Fofana, 65-öz qapısına.

Lill – Klermon 4:0
Qollar: David, 10; 38. Andre, 24. Jeqrova, 40.

Mets – Loryan 1:2
Qollar: Lamkel Ze, 22 – Bamba, 19. Katseris, 58.

Reyms – Tuluza 2:3
Qollar: Teuma, 49 – Elebi, 11. Babiçka, 31. Dallinqa, 45+2-pen.

Brest – Nitsa 0:0

Olimpik (Lion) – Olimpik (Marsel) 1:0
Qol: Lakasette, 37.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: