Simone İnzaqi: “Yuventus” üzərində qələbəyə layiq idik”

“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin A Seriyası 23-cü tur mərkəzi oyununda “Yuventus” üzərində qələbəsini (1:0) şərh edib.

Arena.az DAZN portalına istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Biz bu vacib qələbəyə layiq idik, bütün komanda bunu istəyirdi. Oyuna nəzarət etdik və meydanda gördüklərimizdən razıyıq. Bununla belə, skudetto haqqında danışmaq hələ, tezdir, qarşıda uzun bir yol var. “Yuventus” və “Milan” asanlıqla təslim olmayacaqlar.

Voyçex Şensni inanılmaz qurtarışlar etdi, amma komandamın necə cəmləşdiyini gördüm, rəqibə bütün oyun ərzində yalnız bir əks-hücum keçirməyə imkan verdik. Uşaqlar son 7 ayda əla iş görüblər, biz eyni ruhda davam etməliyik”, deyə Simone İnzaqi razılıqla danışıb.

Qələbə sayəsində “İnter” “Yuventus”un 17 oyunluq (13 qələbə, 4 heç-heçə) məğlubiyyətsizlik silsiləsini qırıb. “Neradzurri” özü isə 16 oyunluq (13 qələbə, 3 heç-heçə) məğlubiyyətsizlik silsiləsini sürdürür.

Hazırda “İnter” A Seriyasında keçirdiyi 22 oyundan 57 xalla turnir cədvəlinin vahid lideridir. 22 oyundan 53 xal toplamış “Yuventus” isə 2-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: