İtaliya A Seriyasının 24-cü turunda “Udineze”yə qarşı oyun (0:1) “byankoneri”nin baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, italyan mütəxəssis bu görüşdə “Yuventus”un sükanı arxasında 405-ci oyununa çıxıb.
Beləliklə, Alleqri bu göstəricidə “Yuventus”un əfsanəvi baş məşqçisi, italyan mütəxəssis Marçello Lippinin nəticəsini təkrarlayıb.
“Qoca sinyora”nı oyuna ən çox çıxarmış çalışdırıcı isə italyan mütəxəssis Covanni Trapattonidir – 596 oyun.
Massimiliano Alleqri “Yuventus”u 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssis buna qədər Turin klubu ilə beş il (2014-2019-cu illər) çalışıb. Alleqrinin “byankoneri” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Məşqçilik karyerası ərzində 56 yaşlı məşqçi 13 titul qazanıb: 11-i “Yuventus”la, 2-si isə “Milan”la.


