Bu gün futbol üzrə Fransa çemionatında (Liqa 1) 2023/2024 mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Lill” doğma meydanda “Havr”a 3 cavabsız qolla qalib gəlib. Meydan sahiblərinin hər üç qolunu Conatan David vurub.
Səfərdə “Nant”la qarşılaşan PSJ də turu inamlı qələbə ilə başa vurub.
22-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
22-ci tur
16 fevral
Olimpik (Lion) – Nitsa 1:0
Qol: Manqala, 22.
17 fevral
Lill – Havr 3:0
Qollar: C.David, 14; 44; 49.
Nant – PSJ 0:2
Qollar: L.Hernandes, 60. Mbappe, 78-pen.
18 fevral
16:00. Strasburq – Loryan
18:00. Monako – Tuluza
18:00. Monpelye – Mets
18:00. Renn – Klermon
20:05. Reyms – Lans
23:45. Brest – Olimpik (Marsel)


