Liqa 1: Lion “Olimpik”indən ardıcıl 4-cü qələbə

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mövsüm çox uğursuz başlamış Lion “Olimpik”i bu dəfə səfərdə “Mets”lə qarşılaşıb. Son üç oyunundan qələbə ilə ayrılmaqla yüksəlişə keçən Lion təmsilçisi Mets səfərindən də qalib qayıdıb.

23-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
23-cü tur
23 fevral

Mets – Olimpik (Lion) 1:2
Qollar: Mikautadze, 13 – Lakasett, 45+1. Benrahma, 60.

24 fevral

20:00. Loryan – Nant
00:00. Strasburq – Brest

25 fevral

16:00. Lans – Monako
18:00. Havr – Reyms
18:00. Nitsa – Klermon
18:00. Tuluza – Lill
20:05. PSJ – Renn
23:45. Olimpik (Marsel) – Monpelye

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: