Liqa 1: “Strasburq” 3, “Nant” 1 qolla qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Loryan”ın qonağı olan “Nant” minimal hesabla qalib gəlib.

“Brest” isə “Strasburq”la səfər oyununda 3 cavabsız qola sevinib.

23-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
23-cü tur
23 fevral

Mets – Olimpik (Lion) 1:2
Qollar: Mikautadze, 13 – Lakasett, 45+1. Benrahma, 60.

24 fevral

Loryan – Nant 0:1
Qol: Kastelyetto, 49.

Strasburq – Brest 0:3
Qollar: M.Kamara, 33; 40; 60-pen.

25 fevral

16:00. Lans – Monako
18:00. Havr – Reyms
18:00. Nitsa – Klermon
18:00. Tuluza – Lill
20:05. PSJ – Renn
23:45. Olimpik (Marsel) – Monpelye

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: