Veteran cüdoçulardan ibarət Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Avropa Kubokunda 3-cü yeri tutub.
Arena.az xəbər verir ki, 24-25 fevralda baş tutmuş yarışda 23 ölkədən 85 idmançı iştirak edib.
Azərbaycan yarışda kişilər arasında 4 yaş qrupu üzrə 6 cüdoçu ilə təmsil olunub. Olimpiya mükafatçısı Rüstəm Orucov yarışda idman komissarı kimi fəaliyyət göstərib.
Azərbaycan cüdoçuları bu yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Yığmamızın heyətində bu cüdoçular fərqləniblər:
M1 yaş kateqoriyası
-100 kq
İmran İmanov – qızıl medal
M2 yaş kateqoriyası
-81 kq
Vüqar Əliyev – bürünc medal
-90 kq
İlham Heydərov – 5-ci yer
M4 yaş kateqoriyası
-90 kq
Mahir Ağamirzəyev – bürünc medal
+100 kq
Zaur Bağırov – qızıl medal
M7 yaş kateqoriyası
-90 kq
Nazim Əliyev – gümüş medal
Bununla da Azərbaycanın veteran cüdoçuları medal əyarına görə ümumi hesabda və kişilər arasında isə 3-cü yeri tutublar.


