Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.
“Nitsa” “Klermon”la ev oyununda vacib xallar itirib. Bu oyunda qapılara qol vurulmayıb.
Lider PSJ də “Renn”lə ev oyununda məğlubiyyətdən son anda, özü də penaltidən vurduğu qolla qurtula bilib.
“Tuluza”nın qonağı olan “Lill” turu məğlubiyyətlə başa vurub.
“Reyms” səfərdə “Havr”a, “Monako” isə “Lans”a qalib gəlib. Marsel “Olimpik”i də “Monpelye” ilə ev oyununda darmadağına sevinib.
Beləliklə, 23 turdan sonra 54 xala malik PSJ vahid liderdir. “Brest” 43 xalla 2-ci, “Monako” 41 xalla 3-cü, “Nitsa” 40 xalla 4-cü, “Lill” 38 xalla 5-ci, “Lans” 36 xalla 6-cıdır. “Renn” 35, “Reyms” 34, Marsel “Olimpik”i 33, Lion “Olimpik”i 28 xal toplayıb.
Fransa, Liqa 1
23-cü tur
23 fevral
Mets – Olimpik (Lion) 1:2
Qollar: Mikautadze, 13 – Lakasett, 45+1. Benrahma, 60.
24 fevral
Loryan – Nant 0:1
Qol: Kastelyetto, 49.
Strasburq – Brest 0:3
Qollar: M.Kamara, 33; 40; 60-pen.
25 fevral
Lans – Monako 2:3
Qollar: Vahi, 31. Said, 77 – Baloqun, 19. Minamino, 30; 90+2.
Havr – Reyms 1:2
Qollar: Ture, 74-pen – Darami, 64; 90+5-pen.
Nitsa – Klermon 0:0
Tuluza – Lill 3:1
Qollar: Elebi, 49. Sierro, 60-pen. Dallinqa, 66 – Haraldsson, 45.
PSJ – Renn 1:1
Qollar: G.Ramos, 90+7-pen – Quiri, 33.
Olimpik (Marsel) – Monpelye 4:1
Qollar: Ndiaye, 31. Obameyanq, 43; 62-pen. Saçko, 82-öz qapısına – Əl-Tamari, 5.


