Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 24-cü turunun qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında “Monako” son çempion PSJ-ni qəbul edib. Çempionatın lideri olan Paris təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.
24-cü turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
24-cü tur
1 mart
Monako – PSJ 0:0
2 mart
20:00. Reyms – Lill
00:00. Klermon – Olimpik (Marsel)
3 mart
16:00. Tuluza – Nitsa
18:00. Brest – Havr
18:00. Monpelye – Strasburq
18:00. Nant – Mets
20:05. Renn – Loryan
23:45. Olimpik (Lion) – Lans


