Qvardiola Mançester derbisindən gözləntilərini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqa çərçivəsində qarşıdakı Mançester derbisindən gözləntilərini paylaşıb.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Təcrübəmə əsasən, mən bu oyunlardan əvvəl daha sakit və rahat olmağı öyrənmişəm. Çox danışmağa ehtiyac yoxdur – sadəcə qələbə üçün meydanda taktika və etmək gərək olan işlərə diqqət yetirmək lazımdır. Duyğulara sərbəstlik vermək olmaz.

“Mançester Yunayted” son vaxtlar səfərdə “Vulverhempton”, “Luton Taun” və “Aston Villa”nı məğlub edib. Bunun nə qədər çətin olduğunu bilirik. “Aston Villa”nın meydanında qalib gəlmək üçün inanılmaz keyfiyyətə sahib olmaq gərəkdir.

“Mançester Yunayted”də həmişə belə olub: yaxşı oynayanda qalib gəlirlər. Mart ayıdır və 2024-cü ildə yalnız bir itkisi var – keçən həftə evdə. Bu mövsüm göstərdikləri ardıcıllıq göz qabağındadır. Amma biz çalışacağıq ki, üç xal qazanaq”, deyə Qvardiola inamla bildirib.

Mançester derbisi martın 3-də Premyer Liqanın 27-ci turu çərçivəsində “Etihad” stadionunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 19:30-da başladacaq.

Xatırladaq ki, Premyer Liqanın 1-ci dövrəsində “şəhərlilər” “qırmızı şeytanlar”ı “Old Trafford”da 3:0 hesabı ilə məğlub etmişdilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: