Cüdo üzrə Azərbaycan yığmasının 5 üzvü Avstriyanın Linz şəhərində təşkil olunacaq qran-pri turnirində iştirak edəcək.
Arena.az xəbər verir ki, onlardan üçü qadın, ikisi kişi idmançı olacaq.
Martın 8-də startı veriləcək yarışda Azərbaycanı bu cüdoçular təmsil edəcəklər:
Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq)
Aytac Qardaşxanlı (63 kq)
Rəşid Məmmədəliyev (73 kq)
Camal Qamzatxanov (+100 kq).
Martın 10-na qədər davam edəcək qran-pridə kollektivə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev yarışda ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, turnirdə 82 ölkədən 568 idmançı iştirak edəcək.


