Markus Türam: “Biz sadəcə insan olduğumuzu dərk etməliyik”

“İnter”in fransalı mərkəz hücumçusu Markus Türam futbolda son vaxtlar aşkar təzahür edən irqçiliklə mübarizədən danışıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, Türamın bu barədə fikirlərini təqdim edir:

“İnsanların məndən irqçiliyə qarşı mübarizənin rəmzi olmağımı istəməsi adidir, çünki mənim daha çox insanın eşidə biləcəyi səsim var. Mən bunun fərqindəyəm və bu məsələ mənə çox yaxındır. Amma mən düşünmürəm ki, ayrıca adam nəyisə dəyişə bilər, bu, açıq-aydın müştərək bir prosesdir. O cümlədən, ona görə ki, biz sadəcə insan olduğumuzu dərk etməliyik”, deyə Türam əsas məqamı qabardıb.

Xatırladaq ki, Türam 2023-cü ilin yay transfer pəncərəsində Mönxenlqadbax “Borussiya”sından azad agent qismində “İnter”ə keçib. Türamın “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə fransalı hücumçu “neradzurri”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 12 qol vurub, 11 məhsuldar ötürmə verib.

Markus Türamın qənimətlər muzeyində 2023/2024 mövsümü İtaliya Super Kuboku var.

Markus Türam 2020-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 16 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Markus “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

“Transferemarkt” intermet-portalı 26 yaşlı fransalı mərkəz hücumçusu Markus Türamın transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Markus Türam Fransa yığmasnın heyətində DÇ-98-in qalibi olmuş Lilian Türamın oğlu və “Nitsa”nın yarımmüdafiəçisi Xefren Türamın böyük qardaşıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: