Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 19-cu tur çərçivəsində “Mes Rafsanjan”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçdan heç-heçə ilə ayrılıblar – 1:1. 50-ci dəqiqədə Rikardo Alves təbrizliləri hesabda önə keçirib. Amma qonaqlar bu üstünlüyü 90-cı dəqiqədə əldən veriblər.
Bu mövsüm keçirdiyi 18 oyundan onunda qalib gəlmiş komanda iki oyunda heç-heçə edib, altı görüşdə də məğlubiyyətə üzülüb. Ehtiyatda təxirə salınmış bir oyunu da olan təbrizlilər hazırda 32 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıblar.
“Traktor” növbəti matçını martın 13-də evdə “Havadar”a qarşı keçirəcək.


