Simone İnzaqi: “Uşaqlar qeyri-adi bir şey edirlər”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 28-ci turunda “Bolonya” üzərində səfər qələbəsini (1:0) şərh edib.

Arena.az “Football Italia” dərgisinə istinadən italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bizi təqib edənlər üzərində liderliyimizi qoruduq, birinci hissədə liderliyə tam layiq olduq, ardınca isə “Bolonya” niyə yarış cədvəlin üst hissəsində olduğunu göstərdi. Azacıq yorğunluq hiss etməyə başladıq və fikirlərimiz qarşıdakı oyunlara yönəldi.

Cinah müdafiəçisindən cinah müdafiəçiəçisinə ötürmə ilə qollar görmək adidir, amma mərkəz müdafiəçisinin mərkəz müdafiəçisinə məhsudar ötürmə etdiyini görmək mənim və heyətim üçün çox xoşdur. Uşaqlar qeyri-adi bir şey edirlər, amma biz bilirik ki, qarşıda hələ 10 tur var”, deyə Simone İnzaqi vurğulayıb.

Qələbə sayəsində “İnter” A Seriyasında mövqeyini daha da möhkəmlədib. “Neradzurri” 75 xalla A Seriyasının yarış cədvəlinə başçılıq edir. “İnter” ən yaxın təqibçisi, 27 oyundan 57 xal toplamış “Yuventus”u 18 xal qabaqlayır. “Bolonya” isə 51 xalla yarış cədvəlinin 4-cü pilləsində qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: