Martin Şkrtel: “Yurgen Klopun futbolda yeri görünəcək”

“Liverpul”un sabiq müdafiəçisi Martin Şkrtel cari mövsümün sonunda İngiltərə klubunu tərk edəcək Yurgen Klopp haqda danışıb.

Arena.az slovakiyalı veteran futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Yurgenin getdiyini eşidəndə sarsıldım. Biz onun qərarına hörmət etməli və ona ən yaxşısını arzulamalıyıq. Ümidvaram ki, o, işinə qayıdacaq, çünki futbol onun üçün çox darıxacaq”, deyə Martin Şkrtel ümidlə bildirib.

“Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah da “qırmızılar”ın baş məşqçisi Yurgen Klopun mövsümün sonunda Mersisayd klubunun düşərgəsini tərk edəcəyi ilə bağlı xəbərə ilk qarşılığı haqda xatirəsini paylaşıb:

“Saat 10:30-da komanda iclasımız oldu, bu, qəribədir. Gəldim, agentini gördüm və düşündüm ki, müqaviləsini yeniləyir. Sonra Van Deyk mənə Klopun gedəcəyini dedi. Fikirləşdim: “Niyə?!”, deyə Salah karıxdığını ifadə edib.

Xatırladaq ki, Yurgen Klopp bir müddət əvvəl cari mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq bu məşqçilik işi üçün gücünün qalmadığını bildirmişdi.

56 yaşlı Klopp “Liverpul”u 2015-ci il oktyabrın 8-dən çalışdırır. Bu müddət ərzində alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Kloppun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıblar.

“Liverpul” Klopun rəhbərliyi altında 474 oyuna çıxıb. “Qırmızılar” bu oyunlarda 297 qələbə qazanıblar, 96 heç-heçə ediblər, 81 matçda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1056:526 nisbətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: