Zidan Hümbətov “Adriatik incisi” turnirinin qalibi oldu

Azərbaycan boksçusu Zidan Hümbətov Monteneqronun Budva şəhərində təşkil edilmiş beynəlxalq turnirin qalibi olub.

Arena.az xəbər verir ki, gənclər arasında keçirilmiş ənənəvi dünya kuboku statuslu “Adriatik incisi” turnirinə ötən gün yekun vurulub.

Azərbaycan yığmasının üzvləri də bu turnirdə qüvvələrini sınayıblar. Yarış onlardan ikisi üçün daha uğurlu alınıb. Zidan Hümbətov Budvada çempion olub. 51 kq çəkidə mübarizə aparan boksçumuz finalda rusiyalı Arseni Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.

Millimizin heyətində Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Rəqibinə 2:3 (28:29, 27:30, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub olan yığma üzvü gümüş mükafatla kifayətlənib.

Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu çıxış edib. 5 gün davam edən yarışda Azərbaycan milli komandası bütövlükdə 11 boksçu ilə mübarizə aparıb. Turnirdə yığmanın baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Məhəmmədəli Aşurəliyev (57 kq), İbrahim Zeynalov (63,5 kq), Hüseyn Hacıyev (67 kq) və Ziya Həsənov (71 kq) da qüvvəsini sınayıb. Qızların yarışında isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Lalə Mədətova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikaylov (54 kq), Qızbəs İsgəndər (57 kq) və Emili Rzayeva (63 kq) gücünü yoxlayıb.

“Adriatik incisi”ndə Azərbaycanı hakim kimi Rövşən Qədirov da təmsil edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: