Bolqarıstanın “Arda” komandasında forma geyinən müdafiəçi Cəlal Hüseynov Azərbaycanın U-21 millisinə dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 21 yaşlı müdafiəçi U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Ukrayna ilə matçları üçün dəvət alıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də İngiltərə, bundan 4 gün sonra Ukraynanı qəbul edəcək. Hər iki qarşılaşma “Azərsun Arena”da gerçəkləşəcək.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 23 rəsmi oyuna çıxıb, 1 qol vurub.


