Konseysao: “Oyun zamanı Arteta mənim ailəmi təhqir etdi”

“Portu”nun baş məşqçsi Serjio Konseysao ÇL-in 1/8 finalında “Arsenal”la Londondakı cavab oyununda xoşagəlməzliklə üzləşdiyini bildirib.

Arena.az məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir ki, portuqal mütəxəssis “topçular”ın baş məşqçisi, ispan mütəxəssis Mikel Artetanın onun ailəsini təhqir etdiyini açıqlayıb:

“Arteta oyun zamanı ehtiyat oyunçular skamyasına yaxınlaşdı və ailəmi ispan dilində təhqir etdi. Ona dedim ki, təhqir etdiyi adam artıq həyatda deyil. Komandasının hazırlığı ilə məşğul olsun, çünki onların daha yaxşı oynamaq üçün kifayət qədər keyfiyyəti var”, deyə Konseysao bildirib.

Xatırladaq ki, oyunun əsas və əlavə vaxtı “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə “Portu”ya səfərdəki 0:1 hesablı məğlubiyyətlə tarazlıq yaradıb və komandalar qalibi penaltilər silsiləsində müəyyən ediblər. “Topçular” “əjdahalar”ı 4:2 hesabı ilə məğlub edərək, qitənin ən mötəbər klub yarışının çərək fiinalı mərhələsinə vəsiqə qazanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: