İspaniya Kral Futbol Federasiyası (RFEF) millinin baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb.
Arena.az xəbər verir ki, bu barədə AS qəzeti federasiyanın prezidenti Rafael Lusana istinadən məlumat yayıb.
Mütəxəssisin əvvəlki müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu.
65 yaşlı de la Fuente 2022-ci ildən İspaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında yığma dünya və Avropa çempionluqlarını, həmçinin Millətlər Liqasının qalibi adını qazanıb.
Luis de la Fuente daha əvvəl İspaniyanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çalışıb. O, 2015-ci ildə 19 yaşadək futbolçulardan ibarət komanda ilə Avropa çempionu olub. 2019-cu ildə isə 21 yaşadək futbolçulardan ibarət yığmanı Avropa çempionatının qalibi edib.
İspaniya millisi onun rəhbərliyi altında Tokio Olimpiadasında da uğur qazanaraq gümüş medal əldə edib.


