Türkiyə millisinin və “Yuventus”un hücumçu Kənan Yıldız İtaliya A Seriyasının cari mövsümündə ən bahalaşmış futbolçudur.
Arena.az xəbər verir ki, “Transfermarkt” internet-portalı aralıq yeniləmənin yekunları üzrə İtaliya A Seriyasının ən bahalaşmış futbolçularının onluğunu dərc edib.
Nüfuzlu portalın siyahısının zirvəsində məhz “Yuventus”un 18 yaşlı gənc istetadı, türkiyəli hücumçu Kənan Yıldıza yer verilib.
İtaliya A Seriyasının ən bahalaşmış futbolçularının onluğunu təqdim edirik (ümumi transfer dəyəri (+artım dəyəri)):
- Kənan Yıldız – 30 milyon avro (+20 milyon avro), “Yuventus”;
- Rikkardo Kalafyori – 25 milyon avro (+12 milyon avro), “Bolonya”;
- Alessandro Bastoni – 70 milyon avro (+10 milyon avro), “İnter”;
- Bremer – 60 milyon avro (+10 milyon avro), “Yuventus”;
- Benjamen Pavar – 50 milyon avro (+10 milyon avro), “İnter”;
- Joşua Zirkzee – 40 milyon avro (+10 milyon avro), “Bolonya”;
- Andrea Kambyazo – 25 milyon avro (+10 milyon avro), “Yuventus”;
- Andrea Karboni – 15 milyon avro (+10 milyon avro), “Monza”;
- Alessandro Buoncorno – 30 milyon avro (+8 milyon avro), “Torino”;
- Din Höysen – 10 milyon avro (+7,5 milyon avro), “Roma”.


