Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Tuluza” doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma Lion təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb.
26-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
26-cı tur
15 mart
Tuluza – Olimpik (Lion) 2:3
Qollar: Dallinqa, 53. Syerro, 59-pen – Lakazette, 33. Şerki, 77. Obrayn, 81.
16 mart
20:00. Nant – Strasburq
00:00. Lans – Nitsa
17 mart
16:00. Brest – Lill
18:00. Klermon – Havr
18:00. Monako – Loryan
18:00. Reyms – Mets
20:05. Renn – Olimpik (Marsel)
23:45. Monpelye – PSJ


