Liqa 1: “Nant”la “Lans” evdə oxşar hesabla uduzdular

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Nant” doğma meydanda “Strasburq”la, “Lans” isə “Nitsa” ilə qarşılaşıb. Hər iki oyunda qonaqlar oxşar hesabla (3:1) qələbə qazanıblar.

26-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
26-cı tur
15 mart

Tuluza – Olimpik (Lion) 2:3
Qollar: Dallinqa, 53. Syerro, 59-pen – Lakazette, 33. Şerki, 77. Obrayn, 81.

16 mart

Nant – Strasburq 1:3
Qollar: E.Comert, 36 – Qameyro, 3. Emeqa, 62; 78.

Lans – Nitsa 1:3
Qollar: Vahi, 76 – Moffi, 11; 67-pen. Türam, 53.

17 mart

16:00. Brest – Lill
18:00. Klermon – Havr
18:00. Monako – Loryan
18:00. Reyms – Mets
20:05. Renn – Olimpik (Marsel)
23:45. Monpelye – PSJ

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: