“İnter”in baş direktoru Cüzeppe Marotta cari müqaviləsi başa çatdıqdan sonra Milan klubundan ayrılacağını bildirib.
Arena.az jurnalist Nikolo Skiraya istinadən məlumat verir ki, Marotta “’neradzurri”nin gənclər bölməsinin inkişafının vacibliyindən də danışıb:
“İnter”lə müqaviləm bitəndə klubdan ayrılacağam və yalnız gənclərlə məşğul olacağam. Gənclər bölməsi klubun ən böyük sərvətidir. Gəncləri idmana ödəniş etməyə məcbur etmək yanlışdır: bu, ödənişsiz olmalıdır. Onda siz hətta kasıb ailələri, çempionların gizləndiyi ailələri də ona cəlb edə bilərsiniz”, deyə Marotta vurğulayıb.
Cüzeppe Marotta 2018-ci ildə “İnter”in baş direktoru vəzifəsinə təyin edilib. 66 yaşlı mütəxəssisin “İnter”lə cari müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.



