Nüfuzlu “Ekip” nəşri Fransa Kubokunda “Olimpik” (Lion) – “Valansyen” yarımfinal oyunundakı hakimlərin işini olduqca aşağı qiymətləndirib.
Arena.az məlumat verir ki, nəşr qadın hakim Stefani Frapparın işini 10 mümkün baldan 1 bal olaraq qiymətləndirib.
Oyunda Liqa 2 təmsilçisi “Valansyen”in qapısına mübahisəli penalti təyin edilib. Həmçinin bu komandanın yarımmüdafiəçisi Knokarın Lion klubuna vurduğu qol ləğv edilib.
Nüfuzlu nəşr oyuna qiymətini ikicə kəlmə ilə ifadə edib: “İyrənc oyun”.
Xatırladaq ki, Stefani Frappar 2022-ci ildə kişilər arasında dünya çempionatları tarixində ilk qadın hakim olub. Frappar Almaniya – Kosta-Rika oyununda (4:2) baş hakim işləyib.
Xatırladaq ki, Lion “Olimpik”i “Valansyen”ə doğma meydanda 3:0 hesabıyla qalib gələrək Fransa Kubokunun finalına yüksəlib. Finalda Lion klubunun rəqibi bu gün baş tutacaq PSJ – “Renn” oyununun qalibi olacaq.


