Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Difai Ağsu” – “Qaradağ Lökbatan” oyununda qonaqlar qələbə qazanıblar.
“İrəvan”ın qonağı olan “Araz Saatlı” isə turu darmadağınla başa vurub.
Turun qalan görüşləri aprelin 5-də keçiriləcək.
Birinci Liqa
20-ci tur
3 aprel
“Mingəçevir” – “İmişli” 0:1
Qol: Elnur Cəfərov, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Teymur Teymurov, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
4 aprel
“Difai Ağsu” – “Qaradağ Lökbatan” 1:2
Qollar: İlham Allahverdiyev, 41-pen – Seyxan Fərəcov, 2-pen. Mikel Badejo, 68.
Hakimlər: İslam Məmmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 14:30.
“İrəvan” – “Araz Saatlı” 1:4
Qollar: Fərid Kərimzadə, 90 – Ravil Yusifli, 15-pen; 77. Lamin Çam, 37. Rəvan Əvəzov, 45+4.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 15:00.
5 aprel
“Zaqatala” – “Karvan”
Hakimlər: Vüqar Həsənli, Kərim Zeynalov, Asif Abdullayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Zaqatala OİK stadionu, 14:00.
MOİK – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 15:00.


