Futbol üzrə Premyer Liqasının 29-cu turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri sabah satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletlər sabah saat 12:00-dan etibarən iticket.az-da satışda olacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Səbail” oyunu aprelin 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.


