CIES: “Arsenal” bu göstəricidə “böyük beşliy”in ən yaxşısıdır

Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) cari mövsüm üzrə bəzi statistik göstəriciləri təqdim edib.

Arena.az məlumat verir ki, mərkəz Avropanın böyük futbol beşliyi ölkələrinin milli birinciliklərində çıxış edən klubların müdafiə xətti üzrə statistikanı açıqlayıb.

Hər oyunda öz qapısına buraxılmış zərbələrin orta sayına görə Avropanın böyük futbol beşliyi ölkələrinin milli birinciliklərində çıxış edən klublar arasında ən yaxşı nəticə “Arsenal”a məxsusdur – 2,3 zərbə. Müvafiq göstəricidə 2-ci pillədə “İnter” qərarlaşıb – 2,4 zərbə. İlk üçlüyü hər oyunda orta hesabla 2,7 zərbə “yeyən” “Real” qapayır.

Müvafiq göstərici üzrə ən yaxşı ilk onluğu təqdim edirik:

“Arsenal” (İngiltərə) – 2,3 zərbə;
“İnter” (İtaliya) – 2,4 zərbə;
“Real” (İspaniya) – 2,7 zərbə;
“Mançester Siti” (İngiltərə) – 2,8 zərbə;
“Nitsa” (Fransa) – 2,9 zərbə;
“Yuventus” (İtaliya) – 3,0 zərbə;
“Bayern” (Almaniya) – 3,3 zərbə;
“Bayer” (Almaniya) – 3,3 zərbə;
“Leypsiq” (Almaniya) – 3,3 zərbə;
“Bolonya” (İtaliya) – 3,3 zərbə.

Xəbəri sosial şəbəkələrdə paylaş: