Markus Gisdol Türkiyə klubundan ayrılmağa qərar verdi

Türkiyə Super Liqasında mübarizə aparan “Samsunspor” komandasının baş məşqçisi Markus Gisdol postundan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə Samsun klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, almaniyalı mütəxəssisə növbəti mövsümdə komandada qalmaq təklif edilsə də, o, klub rəhbərliyinin bütün şərtlərindən imtina edib.

Markus Gisdol 2023-cü ilin oktyabr ayından Qaradəniz təmsilçisinə rəhbərlik edirdi. 54 yaşlı müfəxəssis bu komandanı bütövlükdə 32 matça çıxarıb. Samsunlular bu görüşlərdə 13 qələbə qazanıblar, 9 heç-heçə ediblər, 10 məğlubiyyətə üzülüblər.

“Samsunspor” Türkiyə Super Liqasının cari mövsümündə 43 xalla 12-ci pillədə yer alıblar.

Gisdol daha öncə Moskva “Lokomotiv”ində, “Köln”də, “Hamburq”da və “Hoffenhaym”da da baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: