“Boluspor” və “Vanspor” komandaları Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümündə növbəti oyunlarını keçiriblər.
Arena.az xəbər verir ki, Bolu təmsilçisi 3-cü tur çərçivəsində doğma meydanda “Mardin 1969” komandası ilə qarşılaşıb və 0:3 hesabıyla uduzub.
Meydan sahiblərinin azərbaycanlı müdafiəçisi Elvin Yunuszadə bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu “Vanspor” isə evdə “İstanbulspor”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ozan da bu turda meydana çıxmayıb. Ötən turda qırmızı vərəqə almış futbolçu bu oyunu buraxmaq məcburiyyətində qalıb.
3 turdan sonra keçirdiyi bütün oyunlardan məğlubiyyətlə ayrılmış “Boluspor2 hazırda sonuncu – 20-ci pillədə qərarlaşıb. İlk qələbəsini qazanmış “Vanspor” isə 3 xalla 14-cüdür.


