Azərbaycan millisi ilk dəfə U-23 Avropa çempionatının qalibi oldu

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Bakıda təşkil olunmuş U-23 Avropa çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa bu gün yekun vurulub.

Azərbaycan millisi qitə birinciliyində uğurlu çıxış edərək tarixi nəticəyə imza atıb.

Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub. Anoloji yarışda toplanan xallara və medalların sayına görə də özünün ən yaxşı nəticəsini gerçəkləşdirən millimiz ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal qazanıblar. Nihad Quluzadə (60 kq) gümüş medalla kifayətlənib. Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: