“Azərreyl” baş məşqçisi ilə yeni müqavilə bağladı

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandasının baş məşqçisi Boris Qrebennikov ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Təcrübəli mütəxəssisin sözləşməsinin müddəti daha 1 il artırılıb. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna kimi idi.

Qrebennikovun qarşısına qoyulan əsas hədəf son Azərbaycan çempionunu uğurlara daşımaq və heyətdə olan gənc voleybolçuların inkişaf etdirilməsi yolunda fəaliyyətini davam etdirməkdir.

Qeyd edək ki, “Azərreyl” başa çatan mövsümdə Qrebennikovun rəhbərliyi altında Azərbaycan Yüksək Liqasının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: