Azərbaycan bu il Fransada keçiriləcək Yay Olimpiya Oyunlarında (Paris-2024) 9 (7 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunacaq.
Arena.az xəbər verir ki, bu, Beynəlxalq Cüdo Federasiyasının açıqladığı son olimpiya reytinqindən sonra bəlli olub.
12 təmsilçimiz olimpiadada iştirak hüququ qazanan idmançıların siyahısına daxil edilib. Lakin hər ölkə müvafiq çəkilərdə yalnız 1 cüdoçu ilə təmsil oluna bildiyi üçün onlardan yalnız 9-u Parisə gedəcək.
Qeyd edək ki, Olimpiadada iştirak hüququ qazanmış Azərbaycan cüdoçularının siyahısında bu idmançılar yer alıblar:
Hidayət Heydərov (73 kq)
Zelim Kotsoyev (100 kq)
Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq)
Yaşar Nəcəfov (66 kq)
Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq)
Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq)
Uşanqi Kokauri (+100 kq)
Leyla Əliyeva (48 kq)
Gültac Məmmədəliyeva (52 kq)
Paris-2024-də iştirak edəcək idmançıların yekun siyahısını Azərbaycan Cüdo Federasiyası açıqlayacaq.


