“Atalanta” klubu “Globe Soccer Awards”a görə 2023/2024-cü illər mövsümündə Avropada mövsümün kəşfi elan edilib.
Arena.az xatırladır ki, “Globe Soccer Awards” futbol mühitində ən böyük nailiyyətlər əldə etmiş insanları və klubları müyyənləşdirərək mükafatlandıran illik ənənəvi mərasimidir.
2023/2024-cü illər mövsümündə “Atalanta” italyan mütəxəssis Can Pyero Qasperinin rəhbərliyi altında Avropa Liqasının finalında Xabi Alonsonun mövsümdə məğlubiyyət tanımayan, 51 oyunluq məğlubiyyətsizlik silsiləsini sürdürən “Bayer”ini 3:0 hesabı ilə məğlub edib.
Həmçinin “Atalanta” İtaliya Kubokunun finalına yüksəlib. Berqamo təmsilçisi burada “Yuventus”a 0:1 hesabı ilə məğlub olub.
Hazırda “Atalanta” İtaliya A Seriyasının 37 turundan 69 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Berqamo təmsilçisi 29-cu turdan “Fiorentina” ilə təxirə salınmış oyunda evdə “bənövşələr”lə qarşılaşacaq. Berqamolular bu oyunda da qalib gələ bilsələr, İtaliya A Seriyasının 2023/2024 mövsümünün bürünc medalını qazanmış olacaq.


