“Zirə” yalnız 3 komandanın bacardığı uğuru təkrarlaya bilər

“Zirə” futbol üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümündə finala qədər keçirdiyi bütün oyunlarda qələbə qazanıb.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri 5 matçda qalib gəliblər.

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün görüşlərdə qələbə qazanıb. 1993/1994 mövsümündə “Kəpəz”, 1994/1995 mövsümündə “Neftçi”, 2015/2016 mövsümündə “Qarabağ” kuboku qələbə seriyası ilə əldə edib. “Zirə” finalda qalib gəlsə, yalnız üç komandanın bacardığını təkrarlayacaq.

Yarışın tarixində daha üç klub mövsümdəki bütün matçlarını qalib başa vurub. Lakin “Şəmkir” (2001/2002), “Qarabağ” və “Qəbələ”nin (hər ikisi 2019/2020) uğurlu seriyaya imza atdığı mövsümlər başa çatmayıb.

Xatırladaq ki, Azərbaycan Kubokunun 2023/2024 mövsümünün final oyununda sabah Zirənin eyniadlı təmsilçisi ilə “Qarabağ” komandası üz-üzə gələcək. “Dalğa Arena”da baş tutacaq həlledici oyuna saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: